Neft bahalaşır

10:09 - 27.12.2019


27 dekabr, Fineko/abc.az. Ötən günkü artımdan sonra neftin qiyməti cümə günü cüzi artmaqda davam edir.

Dekabrın 26-da Londonun “ICE Futures” birjasında “Brent”in fevral fyuçersi  $0,72 (1,07%) artaraq bir barelə $67,92 təşkil etmişdir. Londonun ISE Futures birjasında Brent-in fevral fyuçersləri saat 9:15-də $0,09 (0,13%) artaraq bir barelə $68,01 təşkil etmişdir.

Dekabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasının bağlanışında “WTI” markalı neftin fevral fyuçersi $0,57 (0,93%) artaraq bir barelə $61,68. WTI maraklı neftin fyuçers qiyməti saat 9:15-də $0,15 (0,24%) bahalaşaraq bir barelə $61,83 təşkil etmişdir.

2019-cu ilin əvvəllərindən etibarən WTI nefti 36% bahalaşıb, OPEK+ ölkələrinin hasilatın əlavə məhdudlaşdırılması haqqında Saziş bağlaması sayəsində dekabr ayında qiymət artımı 12% təşkil edib.

 

Bütün xəbərlər