Xəzər rayonunda yolların, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün vəsait ayrılıb

10:16 - 27.12.2019


27 dekabr, Fineko/abc.az.  Dekabrın 26-da Prezident İlham Əliyev “Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün isə “Azərsu” ASC-yə ilkin olaraq 3 milyon manat ayrılıb.

 

Bütün xəbərlər