330x100
 

AzInTelecom tender elan edir

27.12.2019,10:37


27 dekabr, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzInTelecom” MMC  "Rəqəmsal özünə xidmət platformasının qurulması xidmətlərinin” satın alınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 1000 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 22 yanvar 2020-ci il saat 15.00-a, tender təklifini isə 30 yanvar 2020-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 31 yanvar 2020-cu il saat 15.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs: Kamil Bektaşi

Telefon: (994 12) 200 00 74

 

Açar sözlər: AzInTelecom