“Azərkosmos” “Digiturk” və “Vodafone” şirkətləri ilə əməkdaşlıq edəcək

12:00 - 27.12.2019


27 dekabr, Fineko/abc.az. “Azərkosmos” ASC Türkiyənin aparıcı rəqəmsal televiziya yayım platforması olan “Digiturk” və mobil operatoru olan “Vodafone” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.

Bu barədə ABC.AZ-a “Azərkosmos” ASC-dən məlumat verilib.

Müqaviləyə əsasən, “Digiturk” şirkəti “Azerspace-1” peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən futbol çempionatının oyunlarını yayımlayacaq. Həmçinin “Vodafone” şirkəti “Azerspace-1” peykinin resursları ilə data xidmətləri təklif edəcək.

2019-cu il ərzində “Turkcell” mobil operatoru və “Azərkosmos” arasında qurulan əməkdaşlıqdan sonra “Digiturk” və “Vodafone” şirkətləri ilə imzalanmış müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.

 

Bütün xəbərlər