Şahmar Hüseynov “Azneft” İstehsalat Birliyinə Baş direktor təyin edildi

12:26 - 27.12.2019


27 dekabr, Fineko/abc.az. “Azneft” İstehsalat Birliyinə  Baş direktor təyin edilib.

ABC.AZ “Azneft”in yaydığı məlumata əsasən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi (İB) “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov İstehsalat Birliyinin Baş direktoru təyin edilib.

Qeyd edilir ki, Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib. Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib.

 

 

Bütün xəbərlər