On bir ayda ölkəyə 8 min 31 ton süd idxal edilib

15:41 - 27.12.2019


27 dekabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında ölkəyə 8 min 31 ton süd idxal edilib.

Qeyd olunur ki, idxal edilən südün dəyəri isə 13 milyon 28 min dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ölkəyə 11 milyon 44 min dollarlıq 8 min 89 ton süd idxal edilmişdi.

 

Bütün xəbərlər