Zakir Nuriyev: 2017-ci il Azərbaycan bank sektoru üçün uğurlu oldu

12:06 - 22.12.2017


22 dekabr,Fineko/abc.az. Azərbaycan Bank Assosasiyası (ABA) 2017-ci ilin yekunlarını açıqladı.

Azərbaycan Bank Assosasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib ki, 2017-ci il Azərbaycan bank sektoru üçün, ABA  üçün uğurlu il oldu.

“Ona görə uğurlu olub ki, qarşımıza qoyulan bütün məqsədlərə çatmaq üçün zəruri tədbirləri həyata keçirə bilmişik. 2017-ci il Azərbaycan bank sektoru üçün çətin, eyni zamanda baş vermiş proseslərdən sonra ilk doğru addımlar atılan il oldu. Bu il ərzində təbii ki, bank sektorunda bir çox irəliləyişlər baş verdi. Dəyişikliklər əsasən bank sektorunun kapitalının artması və digər yeniliklərdən ibarət oldu. Bu sahədə həm qanunvericilikdə dəyişikliklər edilib, eyni zamanda beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində tədbirlər keçirilib. Azərbaycan Banklar Assosasiyası bank işçilərinin sosial həyatının yaxşılaşdırılması istiqamətində, o cümlədən vətəndaşlarla banklar arasında problemlərin istiqamətində işlər görülüb”, - bunu Zakir Nuriyev deyib.

 

Bütün xəbərlər