330x110
 

On bir ayda Azərkosmos 40,6 milyon dollar gəlir əldə edib

28.12.2019,11:38


28 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 40,6 milyon dollar dəyərində xidmət ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında dərc olunub.

Qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 %-ni təşkil edib.

2019-cu ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 3,1 milyon dollar dəyərində xidmət ixrac edilib.

“Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar- noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.