Azərbaycan ixracı artırıb – 19 milyard dollara yaxın

12:11 - 28.12.2019


28 dekabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-ci ilin dekabr ayı üçün “İxrac İcmalı” təqdim olunub.

ABC.AZ xəbər verir ki, sözügedən “İxrac İcmalı”-nda göstərilir ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon dollar və ya 2 %  artıb.

Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 781 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Hesabata əsasən, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 milyon dollar və ya 16 % artıb.

 Bu ilin yanvar-noyabr ayları ərzində Rusiyaya 622,3 milyon, Türkiyəyə 363,3 milyon, İsveçrəyə 164 milyon, Gürcüstana 150,6  milyon və Ukraynaya 46,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12 %, Türkiyəyə 13 %,  İsveçrəyə 33 %, Gürcüstana 29 % və Ukraynaya 27 % artıb.

 

Bütün xəbərlər