Qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb - SİYAHI

12:21 - 28.12.2019


28 dekabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2019-ci ilin dekabr ayı üçün “İxrac İcmalı”nı açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən sayda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

 Məlum olub ki, bu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bir sıra şirkətlər təmsil olunur. Bura "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC,  "Global Export Fruits" MMC, “Sun Food" MMC, "Baku Steel Company", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Natural Fruit" MMC, "Caspian enerji-2020" MMC daxildir.

 

Bütün xəbərlər