Azərbaycan əhalisinin gəlirləri 8,2% artıb

12:19 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Azərbaycanda istehlak  məhsullarının  və  xidmətlərin qiymətləri  qalxıb.

Azərbaycan Dövlət Statistika Komitəsindən bildirildiyi kimi, məhsulların  və  xidmətlərin qiymətləri 13,4% artmışdır.

“O cümlədən, ərzaq məhsullarının qiymətləri 17,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə  9,6% artmışdır”, - deyə komitədən  bildirildi.

Komitədən həmçinin bildirildi ki, yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta  aylıq  nominal  əmək  haqqı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artaraq 525,4 manat təşkil etmişdir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 8,2% artaraq 43389,9 milyon manata çatmışdır.

 

Bütün xəbərlər