Aqrar sığortada təminat verilən risklər təsdiqlənib – SİYAHI AÇIQLANIB

14:50 - 28.12.2019


28 dekabr, Fineko/abc.az. Nazirlər Kabineti “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”ni təsiqləyib.

ABC.AZ xəbər verir ki, bu qərar 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Belə ki, gələn ilin ilk günündən fermerlər təbii fəlakətlər, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri, yoluxucu xəstəlik və zəhərlənmələrdən qorunmaq üçün sığortalanmalıdır.

Bununla yanaşı Nazirlər Kabineti “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu heyvan xəstəlikləri nəticəsində ölüm, ilan və ya həşərat sancması nəticəsində ölüm, zəhərli otlar və yemlərdən zəhərlənmə nəticəsində ölüm, kütləvi zəhərlənmələr nəticəsində ölüm, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri Aqrar Sığorta Fondu tərəfindən riskli hesab olunur və sığortalanır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər