Azərbaycanın ən çox qeyri-neft məshulu ixrac etdiyi ölkələrin siyahısı – REYTİNQ

15:40 - 28.12.2019


28 dekabr, Fineko/abc.az. 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 208 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi açıqladığı “İxrac İcmalı”nın dekabr sayında qeyd olunub.

Belə ki, 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 milyon ABŞ dolları və ya 15 faiz  artıb. Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (88,4 milyon ABŞ dolları), Türkiyəyə (38,7  milyon ABŞ dolları), Gürcüstana (19,1  milyon ABŞ dolları), İsveçrəyə (16,4 milyon ABŞ dolları) və Ukraynaya (6,6 milyon ABŞ dolları)  ixrac edilib.

2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor - 19,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (16,9 milyon ABŞ dolları)  üçüncü yerdə qərarlaşıb.

 

Bütün xəbərlər