Azərbaycanın dövlət büdcəsinin kəsiri ÜDM-in 1,1 faizini təşkil edib

12:40 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2017-ci ilin yanvar-noyabr aylarında  dövlət büdcəsinə 14749,3 milyon manat vəsait daxil olmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 11 ay ərzində büdcə xərcləri 15463,1 milyon manat təşkil etmişdir.

“Büdcənin icrasında yaranmış 713,8 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,1 faizi səviyyəsində olmuşdur”, - Komitədən belə deyilir.

 

Bütün xəbərlər