Latviyada Azərbaycan Ticarət Evi yaradıldı

13:09 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. "Made in Azerbaijan" brendinin təşviqi və dəstəyi olaraq, Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Ticarət Evi təşkil edilmişdir.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Latviya Respublikası Müəssisələrinin Kommersiya Reyestrində  “Azərbaycan Ticarət Evi”  MMC  qeydiyyata alınıb.

Azərbaycan Ticarət Evi yerli məhsullarımızın "Made in Azerbaijan" brendi altında Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, həmçinin Latviya vasitəsilə Avropa bazarına məhsul ixracı və satışında sahibkarları dəstəkləyəcək.

 

 

Bütün xəbərlər