Səkkiz yüz yeni qaz tənzimləyici quraşdırılacaq - Ruslan Əliyev

12:02 - 29.12.2019


29 dekabr, Fineko/abc.az. Gələn il 785 kilometr yeni qaz kəməri əsaslı təmir ediləcək.

ABC.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 29-da ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, gələn il, eyni zamanda, 800 yeni qaz tənzimləyici, 800 siyirtmə quraşdırılacaq. Baş direktor bu il təmir olunan qaz xətlərindən də danışıb: “Cari ildə isə 646 kilometr yeni qaz xətti əsaslı təmir edilib, 830 qaz tənzimləyici quraşdırılıb”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər