Bundan sonra elektron vergi hesab-fakturası verilməyəcək - Yanvardan etibarən

14:47 - 29.12.2019


29 dekabr, Fineko/abc.az. Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğv edilib.

ABC.AZ Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, həmin tarixdən etibarən təqdim edilmiş mallara görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektron qaimə-faktura təqdim olunacaq.

Belə ki, qanunvericiliyə əsasən, sözügedən müddətdə alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 2020-ci il yanvarın 1-dək mövcud olan qaydada həyata keçirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər