Dövlət Neft Fonduna 158,4 milyard dollar daxil olub – Bu ilin noyabrınadək

15:19 - 29.12.2019


29 dekabr, Fineko/abc.az. Dövlət Neft Fonduna yarandığı vaxtdan 30 noyabr 2019-cu il tarixinə qədər ümumilikdə təqribən 158,4 milyard ABŞ dolları həcmində vəsait daxil olub.

ABC.AZ Fonda istinadən xəbər verir ki, 158,4 milyard ABŞ dollarının 151,5 milyard ABŞ dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 milyard ABŞ dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər