ALCOPOINT mağazalar şəbəkəsi MasterCard beynəlxalq ödəniş sisteminin tərəfdaşı oldu

15:57 - 29.12.2019


29 dekabr, Fineko/abc.az. İnkişaf edən ALCOPOINT mağazalar şəbəkəsi Mastercard-ın avtomatlaşdırılmış loyallıq platformasına qoşuldu.

Avtomatlaşdırılmış loyallıq platforması PAŞA Bank və MasterCard-ın birgə məhsuludur. Platforma, Bankın POS-terminal şəbəkəsindən istifadə edərək, bütün MasterCard kartlarını qəbul edir.

Platforma Azərbaycanda bütün MasterCard kartlarını qəbul etməyə və beləliklə də, daha çox yerli müştəriləri, eləcə də turistləri cəlb etməyə, onları nağdsız əməliyyatlar aparmağa həvəsləndirməyə hazırdır.

MasterCard və Maestro kart sahibləri ALCOPOINT şəbəkəsində alış-veriş edərək müəyyən endirimlər əldə edəcəklər. 

ALCOPOINT həmçinin loyallıq proqramına malikdir. Həmin proqrama, alcopoint.az saytında sadə qeydiyyatdan keçməklə qoşulmaq və beləliklə, hər alış-verişdə 12%-ə qədər bonuslar əldə etmək olar.

Bütün xəbərlər