Bu qaimə-fakturalar üzrə əvəzləşmələr qəbul edilməyəcək - Yenilik

16:44 - 29.12.2019


29 dekabr, Fineko/abc.az. Gələn ildən riskli vergiödəyicilərinin apardıqları əməliyyatlar üzrə onlar tərəfindən təqdim olunan elektron qaimə-fakturalar üzrə əvəzləşmələr qəbul edilməyəcək.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən ABC.AZ-a bildirilib ki, həmin e-qaimələr həm də mənfəət və gəlir bəyannaməsində xərc sənədi kimi tanınmayacaq.

Riskli vergiödəyicisinin artıq ödəməsi yarandıqda həmin məbləğ onlara müvafiq nəzarət tədbirləri başa çatdıqdan sonra geri qaytarılacaq. Riskli vergiödəyicisinin borcları yaranarsa, əmlakının dərhal siyahıya alınması həyata keçirilə bilər.

Həmçinin vergiödəyicisi şəxsi elektron kabinetində əməliyyat aparmaq istəyərkən ekranda ona əməliyyat apardığı şəxsin riskli vergiödəyicisi olması barədə xəbərdarlıq ediləcək. Əgər vergiödəyicisi buna məhəl qoymayıb əməliyyatı başa çatdırsa, ona yenə xəbərdarlıq olunacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər