Onların sosial vəziyyətinin yaxşılaşdırılmasına 200 milyon manat xərclənəcək - Gələn il

11:49 - 30.12.2019


30 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident Dövlət Neft Fondunun gələn il üçün büdcəsinin təsdiqi üçün Fərman verib.

ABC.AZ Fərmana istinadən xəbər verir ki, Fondun xərclərinin 200 milyon manatı məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə, 11 milyard 350 milyon manatı Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertə (yuxarı hədd), 10 milyon manatı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 29 milyon 910,3 min manatı isə Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə aiddir.

Bundan başqa, “2020-ci ildə  Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri  və investisiya siyasəti” təsdiq edilib. Həmçinin “ Dövlət Neft Fondunun 2020-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” da təsdiqlənib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər