14:06 - 22.12.2017
22 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda şənbə günü, dekabrın 23-də gözlənilən hava haqqında məlumatı təqdim edib.
Bakıda və Abşeronda dekabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Arabir duman olacağı xəbər verilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeronda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı proqnozlaşdırılır.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 23-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeronda havanın dəyişəcəyi haqqında xəbərdarlıq edir
Dekabrın 22-si axşamdan 24-ü axşamadək hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın bəzi rayonlarında dekabrın 24-də yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal olunur.
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024
22 Aprel 2024