İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini qəbul edib

14:36 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Bakıda keçirilən “2017– İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans iştirakçıları, Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimini qəbul edib.

Prezident İlham Əliyev qeyd edib ki,  belə görüşlər yalnız Rusiya ilə deyil, həm də Şimali Qafqazın Rusiya regionları ilə münasibətləri möhkəmləndirir.

“İslam Həmrəyliyi İli” elan olunmuş 2017-ci ilin başa çatmasına baxmayaraq, Azərbaycan dünya müsəlmanlarının həmrəyliyi, müsəlman ölkələri arasında əməkdaşlıq işinə bundan sonra da öz töhfəsini verəcək”, - deyə İlham Əliyev vurğulayıb.

 

 

Bütün xəbərlər