AMB valyuta hərracı keçirib

12:59 - 7.01.2020


7 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirib.

“Yanvarın 7-də keçirilmiş valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.

Daha əvvəlki, dekabrın 26-da keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin 1,70 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər