Neftin qiyməti ilə bağlı böyük proqnoz - 100 dolları belə vurub keçəcək

15:15 - 7.01.2020


7 yanvar, Fineko/abc.az. Neftin qiyməti 100 dolları belə vurub keçəcək.

Bunu ABC.AZ-a Yaxın Şərqdəki proses, ABŞ-İran münasibətlərinin daha da pisləşməsi fonunda bahalaşan neftin qiymətinə münasibət bildirərkən ekspert Pərviz Heydərov bildirib.

Regionda hərbi toqquşma baş verəcəyinə inanmadğını qeyd edən P.Heydrəov əlavə edib ki, neftin qiymətləri bu ilin ən azı birinci yarısı üçün 60 dollardan yuxarıda təşkil edəcək.

 Ekspert hesab edir ki, hərbi toqquşma olarsa, ABŞ İranı bombalamağa başlayarsa, neft 100 dollaradək qalxacaq: “Bu cür ssenari bu və ya digər neft ölkəsi üçün lap sərfəli sayılarsa da belə, arzuolunan deyil. Çünki bunun ümumən, digər tərəfdən neqativ təsirlər yaradacağı da nəzərə alınmaya bilməz. Neftin yüksək qiyməti uzunmüddətli olaraq heç bir ölkəyə xeyir gətirməyib və gətirə də bilməz. Odur ki, qiymətlər əslində, sabit qalsa yaxşıdır. Ölkəmizə gəldikdə isə bizim üçün neftin dünya bazar qiymətləri artıq, uzun müddətdir ki, əlverişli səviyyədədir. 60 dollar ətrafı Azərbaycanı qane edir və bu, əslində bütün neft hasilatçısı olan ölkələr üçün keçərlidir. Keçən il dövlət büdcəmizdə qiyməti 60 dollar səviyyəsində götürmüşdük, bu il 55 dollar. Hökumət riski artırmayıb, əksinə azaldıb. Odur ki, yeni qədəm qoyduğumuz bu il ərzində, başqa sözlə, 2020-də neftin qiyməti sarıdan Azərbaycanı heç bir təhlükə gözləmir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər