İki nazirliyin tenderində “Qala Sığorta”-nı qalib etdilər – Məbləğ

10:36 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin inzibati binasının və əmlakının sığortalanması ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC-dir.  Şirkətə 1 illik xidmət üçün 10 min 207 manat sığorta haqqı ödəniləcək.

Adıçəkilən şirkət həmçinin Səhiyyə Nazirliyinin elan etdiyi tenderi də udub. Belə ki, dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində nəzarəti həyata keçirən Səhiyyə Nazirliyinin tabeliyindəki “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs də anbar səhələrində olan mal-material dəyərlilərinin sığorta olunmasının satınalınması üçün elan etdiyi tenderdə “Qala Sığorta”nı qalib elan edib.

İnnovasiya və Təchizat Mərkəzi “Qala Sığorta” ASC ilə müqavilə imzalayıb. Məbləği 280 min manat olan müqavilə Mərkəziə məxsus anbar səhələrində olan mal-material dəyərlilərinin sığorta olunmasının satınalınmasını nəzərdə tutur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər