Tanınmış bankın departament rəhbərinin deputatlığa namizədliyi qeydə alındı

12:03 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. Daha əvvəl Oruc İbrahimovun Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyini irəli sürdüyünə dair xəbər paylaşmışdıq. 

Bu gün onun seçki qərargahından bizə bildirildi ki, Oruc İbrahimovun namizədliyi yanvar ayının 5-də qeydə alınıb. Bununla da o, 19 saylı Nərimanov 1-ci seçki dairəsindən qeydə alınmış ilk namizəd olub.

Xatırladaq ki, 1986-cı ildə Bakı şəhərində anadan olmuş Oruc İbrahimov AtaBank-ın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsində çalışır.

O, uzun müddət “AtaBank” ASC-də müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib. 

 

Bütün xəbərlər