“Qara bazarda” dollar alışı bahalaşdı

15:40 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Bu gün “qara” valyuta bazarında dolların alış qiymətinin artması qeyd edilir.

Fineko/abc.az  İnformasiya Agentliyinə bildirilib ki, dolların alışı 1,6950 manatdan 1,6970-1,6980 manata yüksəlib, satışı isə 1,7030-1,7050 manat təşkil edir.

Avronun alışı 2.00 manat, satışı isə 2.01 manat olaraq qalıb.

Dollarla yanaşı,  rublun alışı da bahalaşıb. “Qara bazar”dan bildirilib ki, rublun alışı 0,0284 manatdan 0,0286  manata qədər yüksəlib, satışı isə hal-hazırda 0,0288 manat təşkil edir.

 

 

Bütün xəbərlər