Naxçıvanda Aqrar Sığorta Fondu yaradıldı - Vasif Talıbov fərman imzaladı

10:45 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, fərmanla Naxçıvan Muxtar Respublikasında “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Fondun nizamnaməsini təsdiq etmək, Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Naxçıvan Muxtar Respublikasnının Maliyyə Nazirliyi aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin edəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər