Həcminə görə ən çox əməliyyat aparan investisiya şirkətləri – Siyahı

14:05 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) 2019-cu ilin yanvar-dekabr aylarında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə cəmi əməliyyatların həcminə görə, birinci yerdə “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Belə ki, adıçəkilən şirkətin əməliyyat həcmi bu müddətdə 8,072,031,321.64 manat olub. 4 milyard 444 milyon 504 min 737 manat cəmi əməliyyat həcmi olan "AzFinance İnvestisiya    Şirkəti" QSC isə sıralamada ikincidir. Ondan geri qalan və 3-cü pillədə qərarlaşan isə 1 milyard 687 milyon 685 min 627 manatlıq əməliyyat həcmi olan "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir. Dördüncü pillədə "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dən cüzi az əməliyyat həcmi olan "İnvest-Az İnvestisiya Şirkəti" QSC-dir. Adışəkilən şirkətin bəhs olunan dövrdə 1 milyard 323 milyon 494 min 785 manatlıq əməliyyat həcmi qeydə alınıb. Əməliyyat həcminə görə, növbəti pillələrdə "Unicapital İnvestisiya Şirkəti" ASC (633,891,782.44), "PSG Kapital İnvestisiya Şirkəti" QSC (513,491,364.93) və 280 milyon 572 min 624 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC qərarlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər