330x110
 

Ən çox əməliyyat aparan investisiya şirkətləri – Siyahı

09.01.2020,14:25


9 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakı Fond Birjası (BFB) 2019-cu ilin yanvar-dekabr aylarında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqlayıb.

ABC.Az xəbər verir ki, sözügedən dövrdə ən çox əməliyyatı "İnvest-Az İnvestisiya Şirkəti" QSC həyata keçirib.

Adıçəkilən şirkət nə az, nə çox 3249 dəfə əməliyyatlarda iştirak edib. Sıralamada say baxımından ən çox əməliyyat aparan ikinci şirkət "AzFinance İnvestisiya Şirkəti" QSC-dir. Şirkət 2336 dəfə əməliyyatlara qatılıb. Üçüncü pillədə olan “Paşa Kapital İnvestisiya Şirkəti” QSC 1703 dəfə əməliyyatlarda iştirak edib. Ondan sonra cüzi fərqlə "PSG Kapital İnvestisiya Şirkəti" QSC  gəlir. Adıçəkilən şirkət 1186 dəfə əməliyyatlara qatıldığından sıralamada dördüncüdür. Say baxımına görə sıralamada növbəti yerlərdə "Xalq Kapital İnvestisiya Şirkəti" QSC (594), "Unicapital İnvestisiya Şirkəti" ASC (369) və 223 dəfə əməliyyatlarda iştirak etmiş “BTB Kapital İnvestisiya Şirkəti” ASC qərarlaşıb.

Müəllif: Elmir Murad