330x110
 

Ekspertdən evlərini sığortalamayanlara çağırış - Şirkətlərin xəbərdarlıqlarından qorxmayın

09.01.2020,15:25


9 yanvar, Fineko/abc.az. Evinizi sığortalamasaz cərimələnəcəksiz tipli bukletləri binaların girişinə yapışdıran sığorta şirkətləri sadəcə öz hüquqlarından sui-istifadə edirlər.

Bunu ekspert Əkrəm Həsənov ABC.AZ-a bir müddətdir ölkənin əsas gündəminə çevrilən mənzillərin icbari sığortalanması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sığorta şirkətlərinin bu addımı sui-istifadə və qeyri-sağlam rəqabətdir. Ekspertin insanları sığorta şirkətlərinin bu cür xəbərdarlıqlarından qorxmamağa çağırıb: “Qanunvericiliyə görə, vətəndaşın sözügedən icbari sığortasının olmamasına görə, cərimələyən orqan yerli icra hakimiyyəti orqanlarıdır. Yəni misal üçün ev əgər Nəsimi rayonu ərazisindədirsə deməli mənzilini sığortalamayan vətəndaşı da Nəsimi Rayon İcra Hakimiyyəti cərimələyə bilər. Bu orqanlarda isə indiyənə kimi heç kəsi cərimələməyiblər. Heç vaxt belə niyyətlərin də bildirməyiblər. Qəribəsi də, yəni budur ki, cərimələyən orqanın səsi çıxmır, hansısa sığorta şirkəti ötən ilin sonlarından başlayaraq vətəndaşların evlərinə bildiriş göndərirlər. Özü də anonim bildiriş, baxsaz həmin bildirişdə yazılmır ki, bunu kim göndərib. Mən demirəm ki, sığorta şirkətlərinin reklam, təklif vermək ixtiyarı yoxdur. Amma sadəcə təklif vermək ixtiyarı var, xəbərdarlıq etmək, qorxuzmaq hüququ yoxdur. Sığorta şirkətləri isə məhz insanları qorxuzurlar ki, baxın bu ildən artıq qanun qüvvəyə minir. Belə şey yoxdur. Bu artıq qüvvədədir. Sadəcə heç kəs evini sığortalamır. Əslində dövlətin də cərimələməsi o deməkdir ki, faktiki razılaşıblar ki, bu icbari sığortanın olması lazım deyil”.

Müəllif: Elmir Murad