Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yükdaşımalara dair tariflər açıqlanıb

16:03 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Azərbaycan ilə Türkiyə arasında Bakı-Tbilisi-Qars marşrutu  ilə yükdaşımalara dair tariflər elan edilib.

“ADY Express” yükdaşıma şirkətinin verdiyi məlumata əsasən,  yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yükdaşımalara start verilib.

“Azərbaycan ilə Türkiyə arasında yükdaşımalara dair tariflər artıq müəyyən edilib. Yük sahibləri və yükgöndərənlər həmin qiymətlərlə tanış olub sifarişlərini edə bilərlər. Qiymətlər cədvəlində hər iki ölkənin əsas şəhərləri arasında tariflər göstərilsə də, “ADY Express” şirkəti “qapıdan-qapıya”  yükdaşımaları xidməti təqdim etdiyindən, Azərbaycanla Türkiyə arasında yüklərin nəqli bütün şəhərlərdən həyata keçirmək mümkündür”, - “ADY Express” şirkətinin məlumatında belə deyilir.

Qeyd edilir ki, tariflər hər iki istiqamətdə eynidir.

 

 

 

Bütün xəbərlər