Bu şirkət nizamnaməsinə dəyişiklik edəcək – Səhmdarlar toplanır

10:31 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. “Lənkəran-süd" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının təcili toplantısı keçiriləcək.

ABC.AZ “Vergilər” qəzetinə istinadən xəbər verir ki, iclas gələn ayın 4-də baş tutacaq.

Bunun üçün səhmdarlar saat 12.00-da Lənkəran şəhəri, ləvəngi dairəsi ünvanına gəlməlidir. İclasda 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri barədə, Nizamnaməyə dəyişiklik layihəsinin təsdiq edilməsi barədə, Səlahiyyətli şəxsin təyin edilməsi barədə məsələlər müzakirə olunacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər