Neft həftəni qiymətlərin azalması ilə başa vurur

10:34 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. Bu günki ticarətdə neftin qiymətləri düşür və həftəni azalma ilə başa vura bilər.

Yanvarın 9-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $0,07 (0,11%) azalaraq bir barelə $65,37  təşkil etmişdir. Onların qiyməti saat 9:25-də $0,22 (0,34%) enərək bir barelə $65,15 təşkil etmişdir.

Yanvarın 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasının bağlanışında “WTI” markalı neftin fevral fyuçersi $0,05 (0,08%) azalaraq bir barelə $59,56 təşkil etmişdir. Fyuçers qiyməti saat 9:25-də $0,20 (0,34%) azalaraq bir barelə $59,36 təşkil etmişdir.

Bu həftənin əvvəlindən Brent neft təxminən 5%, WTI - təxminən 6% ucuzlaşıb.

 

Bütün xəbərlər