Müstəqil sınaqlar “Kaspersky”-nin ev istifadəçilərini mürəkkəb kiber təhdidlərdən effektiv şəkildə qoruduğunu təstiqləyir

12:35 - 10.01.2020


10 Yanvar, Fineko/abc.az. Ev istifadəçiləri üçün kompleks həll - “Kaspersky Internet Security”  nüfuzlu müstəqil laboratoriya olan “AV-Comparatives” tərəfindən “Advanced+ ATP Consumer 2019” mükafatınına layiq görülüb.

Sınaqlar zamanı “Kaspersky”  məhsulu zərərli  proqramlardan və digər mürəkkəb kiber təhlükələrdən səmərəli qoruma imkanlarını təsdiqləyərək  maksimum 15 bal toplayıb.

“Enhanced Real-World” sınaqları ev istifadəçilərinin təyinatlı hücumlardan və digər mürəkkəb təhdidlərdən qorunmasını qiymətləndirmək məqsədi ilə aparılıb.  Bunu etmək üçün “AV-Comparatives” mütəxəssisləri “MITER ATT & CK” bilik bazasının formalaşdırdığı bir sıra taktika, üsul və prosedurlardan istifadə edərək laboratoriya şəraitində təhdidlər həyata keçiriblər. “Kaspersky Internet Security” həlli mürəkkəb kiber hücumların 15 ssenarisi üzrə ən yüksək göstəricilər nümayiş etdirib.

“İstifadəçilərin “Kaspersky” təhlükəsizlik texnologiyalarının səmərəliliyinə şübhə etməmələri üçün bu metodologiyadan istifadə edərək ilk açıq sınaqda iştirak etdik. Təhdidlər çox sürətlə inkişaf edir və məhsullarımızın istənilən hücumlara, hətta ən mürəkkəblərə qarşı da mübarizə apara biləcəyini daim yoxlamaq və təsdiqləməkdə maraqlıyıq.  “Advanced+” mükafatı  “Kaspersky Internet Security” həllinin etibarlılığını sübut etdi. İstifadəçilər rəqəmsal həyalarını qorumaq üçün həqiqətən də yüksək keyfiyyətli və effektiv həll yolu seçdiklərinə əmin ola bilərlər", bunu “Kapersky” şirkətinin xarici texnoloji yoxlamalar və texnoloji inkişaf şöbəsinin rəhbəri Yevgeniy Vovk deyib.

“Real-World Test” sınaq metodologiyası təhlükəsizlik həlli istehsalçılarına məhsullarının real imkanlarını müstəqil qiymətləndirməyə və bu məlumatlara əsaslanaraq zəruri funksiyaları təkmilləşdirməyə imkan verir. Qeyd edək ki, müvafiq sınağı keçirmək üçün “AV-Comparatives”  16 fərqli satıcıya müraciət etsə də, “Kaspersky” də daxil olmaqla, onlardan yalnız 6-sı bu sınaqda iştiraka razılığını vermişdir.

 

Bütün xəbərlər