Avtomobillərin hərracı keçiriləcək – İştirak etmək istəyənlərin diqqətinə

14:40 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. Fevralın 11-də nəqliyyat vasitələrinin hərracı keçiriləcək. Artıq hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, nəqliyyat vasitələri “Zabrat Maşınqayırma Zavodu” və Ali Attestasiya Komissiyasına aiddir.

S/N Balans saxlayıcı müəssisənin adı Avtonəqliyyat
vasitəsinin
markası
Buraxılış
ili
Start qiyməti
(manatla)
10% beh
(manatla)
1. “Zabrat Maşınqayırma Zavodu”
Açıq Səhmdar Cəmiyyəti
Daewoo Espero 1996 1500 150
2. “Zabrat Maşınqayırma Zavodu”
Açıq Səhmdar Cəmiyyəti
Daewoo Super Salon 2000 2000 200
3. Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyası
Nissan Maxima 2006 10000 1000

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3  bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

o     Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)

o     Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər