Mamuka Baxtadze: Azərbaycan və Gürcüstan ticarət dövriyyəsini 2-3 dəfə artıra bilər

16:50 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bizim ölkə üçün əsas investor olaraq qalır.

Azərbaycanda səfərdə olan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze jurnalistlərə deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi layihələrinin hesabına gələcəkdə ölkələrimiz ticarət dövriyyəsini  2-3 dəfə artıra bilər.

“Nəqliyyat və enerji layihələri ilə yanaşı, başqa sahələri də inkişaf etdirməliyik”, - deyə Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə  5 milyon ton yük daşınacaq, növbəti illərdə bu göstərici 10 milyon tona çatdırılacaq. Dəmir yolu xətti ilə il ərzində minimum 300 min konteyner daşınacaq.

 

Bütün xəbərlər