Bu şəxslərin hər birinə 3500 manat veriləcək – Daha bir layihə

15:24 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. Özünüməşğulluq proqramı (SEP) çərçivəsində sahibkarlıq fəaliyyətini genişləndirmək niyyətində olanlara 3500 manat məbləğində qrant ayırmaq nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının (DB) rəsmi internet saytında məlumat verilib.

Məlumatda qeyd olunub ki, sözügedən layihə dövründə daha gəlirli iş qura bilən 22 min iştirakçını dəstəkləmək nəzərdə tutulur. Layihənin əsas məqsədi özünüməşğulluq proqramının əhatəsini və səmərəsini artırmaq, məşğulluq proqramları və xidmətlərinin fəaliyyətini gücləndirməkdir. 

Qeyd edək ki, ölkədə sayı 620 minə yaxın olan əlillər hazırda SEP iştirakçılarının 14 faizini təşkil edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər