330x110
 

“A-Qrup Sığorta”-nın səhmdarları yığışır – Maliyyə hesabatları müzakirə olunacaq

13.01.2020,11:09


13 yanvar, Fineko/abc.az. Azərbaycanın daha bir sığorta şirkətinin səhmdarları toplaşacaq.

ABC.AZ xəbər verir ki, fevralın 24-ü, saat 12:00-da “A-Qrup Sığorta” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək. Yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 87A ünvanında olacaq.

İclasda səhmdarlar “A-Qrup Sığorta”nın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi məsələsini müzakirə edəcəklər.

Müəllif: Elmir Murad