330x110
 

OPEC və müttəfiqləri neft hasilatının daha da azaldılmasını martda müzakirə edəcək

13.01.2020,17:38


13 yanvar, Fineko/abc.az. Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC üzvləri və Rusiya başda olmaqla digər qeyri-OPEC neft istehsalçısı ölkələr hasilatının daha da azaldılmasına dair müzakirələri mart ayınadək təxirə salıb.

Bu barədə Səudiyyə Ərəbistanının Energetika naziri Abduləziz bin Salman bin Abduləziz Al Saud deyib.

Qeyd edək ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

© Azertag.az