Azərbaycanda Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb

09:29 - 23.12.2017


22 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb.

Publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində yaradılıb.

Dövlət başçısı həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi də təsdiq  edib.

 

Bütün xəbərlər