Mərkəzi Bank da öz növbəsində sığorta şirkətlərinə yerini göstərməlidir – İlham Əliyev

15:06 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

ABC.AZ xəbər verir ki, müşavirədə prezident əmlakın sığortalanması üzrə çox ciddi addımlar atılması barədə hökumətə tapşırıq verib.

İlham Əliyev bildirib ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır: “Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir. Hökumətə tapşırıq, yəni Nazirlər Kabinetinə tapşırıqdır. Nazirlər Kabineti Əmlak Xidməti ilə İcbari Sığorta Bürosu arasındakı inteqrasiyanı təmin etməlidir, yazılacaq cərimə üçün protokol nümunəsini hazırlanmalıdır.  Mərkəzi Bank da öz növbəsində sığorta şirkətlərinə yerini göstərməlidir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər