Prezident yeni tikilən elektrik stansiyalarından danışdı - Bu, çox böyük stansiyalardır

16:37 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. Azərbaycan regionda ən böyük Günəş və külək elektrik stansiyalarını quracaq.

ABC.AZ xəbər verir ki, prezident İlham Əliyev bu sözləri 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.

Ölkə başçısı qeyd edib ki, bir neçə gün bundan əvvəl Bakıda iki böyük investorla iki layihə imzalanıb, İcra Müqaviləsi imzalanıb. Bu, bərpaolunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addımdır: “İki böyük elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu hadisənin önəmi ondadır ki, vəsaiti investorlar qoyacaqlar. Yəni, bu, bizə göstərilən inamdır, Azərbaycanın uzunmüddətli inkişafına göstərilən dəstəkdir. İki stansiyanın istehsal gücü 440 meqavat olacaq. Bu, çox böyük stansiyalardır, regionda ən böyük Günəş və külək elektrik stansiyalarıdır. Biz özümüz də bərpaolunan enerji növlərini yaradırıq, 50 meqavatlıq stansiya inşa edildi. İndi 84 meqavatlıq stansiyanın layihələndirmə işləri tamamlanır, bunu da biz edəcəyik”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər