“Qara bazarda” dolların alışı yenə də bahalaşdı

10:53 - 25.12.2017


25 dekabr, Fineko/abc.az. “Qara” valyuta bazarında dolların alışında bahalaşma qeyd edilib.

Fineko/abc.az İnformasiya Agentliyinə  bildirildi ki,  dolların alışı 1.6980 manatdan 1.70 manata yüksəlib, satışı isə 1.7030-1.7050 manat təşkil edir. Qeyd edilir ki, sonuncu dəfə "qara bazar"da dollar iyul ayında 1.70 manata qəbul edilib.

Dollardan fərqli olaraq avro dəyişməyib. Avronun alışı 2,00 manat, satışı isə 2,01 manat təşkil edir.

Rublun alışı isə yüksəlib. “Qara” bazarda rublun alışı  0,0286 manatdan 0,0287 manata qədər artıb, satışı isə əvvəlki səviyyədə qalıb və hazırda 0,0288 manat təşkil edir.

 

 

Bütün xəbərlər