Böyük həcmli hərrac keçirilib – 15 milyon manatlıq

17:31 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. Bu gün Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə daha bir hərrac keçirilib.

ABC.AZ Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, hərrac Maliyyə Nazirliyinin AZ0105002783 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə baş tutub. Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 99.0817 AZN (7.0000%) və 101.3039 AZN (5.8001%) olan 25 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9666 (5.9800%) orta

ölçülmüş qiyməti 101.0381 (5.9418%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi

məbləği 88,415,500.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edib. İstiqrazların 11.01.2022-ci ildə ödənəcək. Hərrac iştirakçıları 15 yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 

Bütün xəbərlər