Azərbaycan-İtaliya Biznes Şurası yaradılır? – Romada müzakirələr

11:35 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Azərbaycan və İtaliya arasında ticarət-iqtisadi, logistika, kənd təsərrüfatı, turizm və sair sahələrdə əməkdaşlığ Romada müzakirə olunub.

ABC.AZ xəbər verir ki, müzakirələrdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təkliflər səsləndirib.

Belə ki, müzakirə zamanı Azərbaycan-İtaliya Biznes Şurasının yaradılması, KOBİA ilə İtaliyanın müvafiq qurumları, ticarət palataları və biznes assosiasiyaları arasında əməkdaşlığın inkişafı, hər iki ölkənin KOB-larının iştirakı ilə Azərbaycanda birgə müəssisələrin təşkili, potensial investisiya layihələri barədə məlumat mübadiləsi, Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığını inkişaf etdirilməsi məsələsi gündəmə gətirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər