Əhalinin artımı potensial qeyri-neft ÜDM-ə illik nə qədər təsir edəcək?

12:18 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Maliyyə Proqramlaşdırılması əsasında aparılan hesablamalar göstərir ki, qarşıdakı 10 ildə əhalinin artımı potensial qeyri-neft ÜDM-ə illik 0,5 faiz və kapital qoyuluşu isə illik 1,5 faiz təsir edəcək.

 ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı yanvarın 13-də prezident yanında müşavirəni şərh edərkən deyib. Onun sözlərinə görə, yüksək artım tempinə keçid üçün daha çox sərmayə cəlbinə ehtiyac var ki, bu da biznes mühiti, institutlar və insan kapitalının inkişafı ilə bərabər gedəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər