Ödənişli olacaq yolla bağlı açıqlama - Qiymət vətəndaşların büdcəsinə uyğun olacaq

14:26 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiya bizim tərəfimizdən Nazirlər Kabinetinə təqdim olunub.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov  mətbuat konfransında deyib.

S. Məmmədov qeyd edib ki, ödənişli yollarda lazımi aparatların alınması tender vasitəsilə həyata keçiriləcək: “Biz dünya bazarına nəzər salırıq. Yolların ödənişli hissəsinə qoyulacaq turniketlərin qiyməti hansı şirkətdə daha uyğun olarsa, bizi qane edəcəksə, onlarla razılaşacağıq. Qiyməti Tarif Şurası müəyyən edəcək. Məlumat üçün bildirim ki, Ələt-Astara istiqamətində yeni salınmış magistral yol mövcud yoldan 39 km məsafəni qısaldır. Deyərdim ki, yol ödənişli olsa da, qiymət vətəndaşların büdcəsinə uyğun olacaq”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər