Bakı-Tbilisi-Ceyhan kəməri ilə ötən il 233,1 milyon barrel neft nəql olunub

15:10 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Azərbaycanın xam neftini Türkiyə üzərindən dünya bazarına çatdıran Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2019-cu ildə 233 milyon 175 min barrel neft nəql edilib.

“Botaş” şirkəti xəbər verir ki, indiyədək isə Ceyhandakı dəniz terminalından 3 milyard 300 milyon barreldən çox neft tankerlərlə dünya bazarına göndərilib. Keçən il aylıq müqayisədə ən çox neft mayda (22 milyon 149 min barrel) nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri 2006-cı ilin iyulunda istifadəyə verilib və uzunluğu 1776 kilometrdir. Bu vaxtadək boru kəməri ilə ən çox neft 286 milyon 214 min barrel olmaqla 2010-cu ildə, ən az isə kəmər istifadəyə verilən il olub (57 milyon 78 min barrel).

© Azertag.az

 

Bütün xəbərlər